Con Bolton Azərbaycana səfər edəcək

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri dəqiqləşib.

XALQ.AZ xəbər verir ki, bu barədə C.Bolton özü “Twitter” hesabında yazıb.

“Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm”, – deyə Bolton qeyd edib.

 

Orxan