Con Bolton Bakıya gəldi: XİN-də görüş keçirilir

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun görüşü keçirilir.

XALQ.AZ xəbər verir ki,  bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin “Tvitter” səhifəsində məlumat verilib.

Xatırladaq ki, Bolton daha əvvəl Rusiyada olub. O, regional səfər çərçivəsində Ermənistan və Gürcüstana da gedəcək.

 

Orxan