Corc Buş vəfat etdi

ABŞ-ın keçmiş prezidenti ata Corc Buş vəfat edib.

 

XALQ.AZ xəbər verir ki, ABŞ-ın 41-ci prezidentinin 94 yaşı var idi.

Corc Gerbert Uoker Buş 1924-cü ilin 12 iyun tarixində anadan olub. O, Massaçusets ştatının Milton şəhərində böyüyüb.

1989-1993-cü illər arasında ABŞ-ın 41-ci prezidenti, 1981-1989-cu illər ərzində isə vitse-prezident olub. Konqresmen, diplomat və Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifələrini də tutub.

2001-ci ildə onun oğlu Corc Buş ABŞ-ın 43-cü prezidenti seçildikdən sonra Corc Gerbertə ata Corc Buş deməyə başladılar.

2017-ci ilin 24 noyabr tarixindən ABŞ-ın ən uzunömürlü prezidenti sayılırdı.

 

Orxan


Comments are closed.