Coşqun Rəhimov yenidən Türkiyəyə getdi

 

15

 

Tanınmış gülüş ustası, “Bu şəhərdə” yumoristik qrupunun aktyoru Coşqun Rəhimov səhhətindəki problemlə əlaqədar dekabrın 15-də Türkiyəyə gedib. Modern.az saytının xəbərinə görə, məlumatı “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov verib. Onun sözlərinə görə, Coşqun Rəhimov İstanbulda növbəti müayinədən keçəcək”.

Xatırladaq ki, aktyor Coşqun Rəhimov 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar.

2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, Coşqun bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.