COVİD-19 heç vaxt yox olmayacaq – İDDİA

Dünyanı qorxuda saxlayan yeni növ koronavirus (COVİD-19) ineksiyası ilə bağlı yeni faktlar yayılmağa davam edir.

XALQ.AZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən edilən açıqlamada koronavirusun “QİÇS” kimi qalıcı ola biləcəyi bildirilib.

 ÜST rəsmisi qeyd edib ki,  COVİD-19 cəmiyyət arasında endemik olaraq qala bilər: “Virusun heç vaxt yox olmama ehtimalı var. “QİÇS” tamamilə məhv olmadı və biz onun şərtlərinə uyğunlaşdıq. Koronavirus da belə ola bilər”.

COVİD-19 tamamilə dünya üzərindən çəkilməsi üçün ən effektiv yolun ona qarşı peyvəndin tapılması olduğu da vurğulanıb.