Çox sayda SMS göndərən şəxslər də cərimələnəcək

Vətəndaşlar xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki sistem intellektualdır.

XALQ.AZ xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

“Kimlərsə bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərərsə, sistem artıq onu təhlil edib, araşdıracaq. Daha sonra polisə xəbərdarlıq edə biləcək. Bunun da bir cəzası mövcuddur. Yəni vətəndaşlarımız bilməlidirlər ki, bu sistemdən zərurət olduqda istifadə etmək lazımdır. Belə bir vaxtda məsuliyyətli olmaq lazımdır”, – E.Vəlizadə qeyd edib.