Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq – VİDEO

Yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq.

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib.

Onun sözlərinə görə, yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq.

Yeni qərara görə, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər min nəfərə 0,24 hektar hesabı ilə müəyyən edilib.

Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması üçün nəzərdə tutulub.

Komitə sədri həmçinin qeyd edib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var:

“Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.