Dəmir Yolları QSC-də Füzuli Quliyev rəzaləti

Qatar

XALQ.AZ DTV.AZ-a istinadən xəbər verir ki, Son illər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dəmir Yolları QSC – nin Dəmiryol İnfrastruktunun Departamentində baş verən qapalı oyunlardan redaksiyamıza maraqlı məlumatlar daxil olub. Depatamentin rəisi Füzuli Quliyev sözügedən sahəni “dədəmalı” kimi işlədir. Son bir neçə ildə isə dəmiryol infrastrukturunda tamamilə biabırçılıqdır. Deyilənlərin hamısının son nəticəsi Füzuli Qiliyevin Azərbaycanın nəqliyyat şefi Ziya Məmmədovdan üz görməsi kimi başa düşülür.
Dəmir Yolları QSC-nin Dəmiryol İnfrastrukturunun Departamentinin əsas vəzifələrindən biri qataların təhlükəsizlik hərəkətlərini təmin etməklə, dəmir yolu istehlakçılarının iş planına uyğun olaraq müqavilədə verilən limit üzrə elektrik enerjisi ilə təmin edilməsinə nəzarət etməkdir. Təssüflər olsun ki, bu nəzarət “yox” dərəcəsindədir. Departamentin tabeçiliyindəki region rəisləri şpal, rels satmaqla, fəhlələrin əmək haqlarını mənimsəməklə və özlərinə yalnız var-dövlət yığmaqla məşğuldurlar. Bunun nəticəsi olaraq ölkənin xüsusilə, Ağstafa və Hacıqabul ərazilərində tez-tez dövlətə küllü miqdarda ziyan dəyən qatar qəzaları baş verir. İşə baxın ki, belə qəzalar üçün çoxlarını ciddi məsuliyyətə cəlb etmək əvəzinə, əksinə başları sığallanır. Füzuli Quliyevin işindəki ciddi nöqsanlar heç də bununla bitmir. Sədrin başı zəhmətsiz gəlirlərə o qədər qarışıb ki, aidiyyəti yerlərdən üstünə ünvanlanan şikayət ərizələrinin cavabına tamam başqa məsul olmayan şəxs qol çəkir. Adının çəkilməsini istəməyən bir nəfər dəmiryolçunun redaksiyamıza söylədiyi fikrindən aydın olur ki, dəmiryol infrastukturunda həqiqi mənada fəhlələrin əməyi istismar olunur. Bu barədə onun baş idarənin rəhbəri kimi Füzuli Quliyevə rəsmi şikayət etməsinə baxmayaraq, məktubuna elə bu gün də cavab ala bilmir. Axırda vətəndaş konstitusion hüququndan istifadə edərək ölkə başçısı İlham Əliyevə şikayət etməli olmuşdur.
Mənbənin başqa səpgidə söylədiyi fikrə görə, Füzuli Quliyev kimlərinsə hesabına vəzifədə otursa da, elə də bu dövlətə can yandıran adam deyil. Son prezident seçkisində onun müxalifətə köməyini əsirgəməmsi haqqındakı faktları lazım gəlsə soyləyə də bilərik. Əlimizdə olan faktlar onu bir daha təsdiqləyir.
Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.