Daha 2 xəstəxana ancaq koronaviruslu xəstələri qəbul edəcək

Azərbaycanda koronavirusa yoluxanların sayında son günlərdə artım olduğu üçün gündəlik xəstələrə xidmət edən xəstəxanalar da koronavirus üçün ayrılıb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu gündən Ucar və Göyçay rayon mərkəzi xəstəxanaları da karantin xəstəxanasına çevrilib və yalnız koronaviruslu xəstələri qəbul edəcək. 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu gün “Semaşko” xəstəxanası da karantin üçün ayrılıb. Bundan başqa da digər bir neçə rayonda da xəstəxanalar karantin üçün ayrılıb.