Daha 3 nəfərdə koronavirus tapıldı

Azərbaycanda 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan XALQ.AZ-a daxil olan məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu günə qədər ölkədə 4200-ə qədər müayinə aparıldığını, 25 nəfərdə koronavirus aşkarlandığını bildirmişdi. Onun sözlərinə görə, həmin şəxslərdən 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar.

Beləliklə, bu gün açıqlanan son rəqəmlərlə Azərbaycanda koronavirusa yoluxanların sayı 21-ə çatıb.