Daha 387 nəfərdə koronavirus aşkarlandı – ölənlər var

Azərbaycanda  387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə XALQ.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6087 koronavirus testi aparılıb.