Daha 438 nəfərdə koronavirus aşkarlandı, dörd nəfər vəfat etdi

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.