Daha 478 nəfərdə koronavirus aşkarlandı – 7 nəfər vəfat etdi

Azərbaycanda 478 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə XALQ.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4345 koronavirus testi aparılıb.