Daha 559 nəfər yoluxdu, 7 nəfər vəfat etdi

korona 1

Bu gün Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.

Bu barədə XALQ.AZ-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 545 nəfər sağalıb. 

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində ümumilikdə 592 778 test aparılıb.