Daha bir futbolçu ilə anlaşma əldə olundu

“Qarabağ” klubu daha bir ispaniyalı futbolçu ilə anlaşma əldə edib.
Bu barədə klubun prezidenti Abdolbari Gözəl məlumat verib. Lakin A.Gözəl həmin oyunçunun adını və mövqeyini açıqlamayıb. Onun sözlərinə görə, yeni transfer zəngin karyeraya malikdir.
Öz növbəsində klubun mətbuat katibi Nurlan İbrahimov bir neçə oyunçu ilə prinsipial anlaşma əldə etdiklərini, amma rəsmi müqavilə bağlanılmadığı üçün ad açıqlaya bilmədiklərini söyləyib: “Bizim prinsipimiz belədir ki, texniki cəhətdən problem yaranmaması üçün futbolçu ilə müqavilə bağlanmadan adını açıqlamağı düzgün saymırıq. Lakin deyə bilərəm ki, həmin oyunçu ön xətdə çıxış edir”.
Qeyd edək ki, hazırda “Qarabağ”da daha 2 ispaniyalı futbolçu forma geyinir. Bunlar yarımmüdafiəçi Miçel və Dani Kintanadır (“Report”).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.