Daha bir həkim koronavirusdan vəfat etdi – Foto

Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq Ruhiyyə Kərimova vəfat edib. 

XALQ.AZ xəbər verir ki, bu barədə cəmiyyətin feysbuk səhifəsində məlumat verilib. 

Bildirilir ki, kardioloq bu gün səhər saatlarında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü R. Kərimova ailəlidir, iki qız övladı var. 

XALQ.AZ