Daha bir icra başçısı işdən çıxarıldı – Sərəncam

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1957-ci il təvəllüdlü A.Seyidov 2006-cı ildən bu vəzifəni tuturdu.