Daha bir məmur işdən çıxarıdı

Ktn

Kənd Təsərrüfatı Nazirliyində kadr islahatları davam edir.

Xalq.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq əmrə əsasən İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Məcidov Rafiq Neymətulla oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar Məcidov Rafiq Neymətulla oğlunun fəaliyyəti yüksək qiymətləndiriib, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılıb və ona gül dəstəsi təqdim olunub.

Xatırladaq ki, bir müddət öncə daha iki şöbə müdirinin işinə xitam verilmişdi. Kənd Təsərrüfati Nazirliyinin müvafiq əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.