Daha iki məntəqənin nəticəsi etibarsız sayıldı

MSK-nın iclasında daha sonra 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair şikayətə baxılıb.

XALQ.AZ xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O, bu dairə üzrə namizəd olmuş Günel Səfərovanın və Elşad Musayevin 9 saylı Binəqədi seçki dairəsi üzrə nəticələrin ləğv edilməsini istədiyini bildirib.

Q.Orucov bu dairə üzrə seçicilərin iradəsinin ifadə edilməsinə dair iddiaların öz təsdiqini tapmadığını, yalnız iki məntəqə – 31 və 35 saylı məntəqələrin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb.

Daha sonra iki mənətəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.