Daha iki ölkədə koronavirus yayıldı

İsveçdə və İspaniyada da “2019-nCoV” koronavirusuna yoluxma hadisəsi qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, bununla da virusun yayıldığı ölkələrin sayı 20-ni keçib.İsveçdə virusun yoluxduğu şəxs Yençepinqedə yaşayır. Onun 24 yanvarda Çinin Uhan şəhərindən gəldiyi bildirilir.

İspaniyadakı fakt isə Kanar adalarında qeydə alınıb. Virus daşıyıcısının alman turist olduğu deyilir.

Qeyd edək ki, bu günə qədər təkcə Çində virusa yoluxanların sayı 11,1 min nəfərə çatıb. 259 nəfər isə ölüb.