DAİM-i bəyanat qəbul edib

20

Dünya Azərbaycanıları İctima Mərkəzi-nin üzvləri İlham Əliyev dəstəkləyir.

Xalq.az verilən məlumata görə Dünya Azərbaycanlıları İctima Mərkəzinin keçirdiyi tədbirdə bəyanat qəbul ediblər Bəyantda Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi namimə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İlham Əliyevin namizədliyini dəstəklədiklərinə dair bəyanat qəbul edilib.Bəyanatda demokratik inkişaf yolunu tutmuş Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətləndiyi vurğulanıb.“Aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına yönəlib. Uğurla aparılan bu siyasətin nəticəsində ölkəmiz tək iqtisadi inkişaf templərinə görə deyil, eyni zamanda gənclər siyasəti sahəsində lider dövlətlərdən biridir.Uluöndərimiz tərəfindən təməli qoyulan siyasətin, son 10 il ərzində ölkədə strateji sahələr üzrə tarixi irəliləyişlər əldə olunub”.Mərkəzin üzvləri, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır:“Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır və həyata keçirilir. Dövlətin gənclərlə iş sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib” – deyə, bəyanatda bildirilib.