Dairəvi yolun yenidən qurulmasına 5 milyon ayrıldı

Ilham
Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.