Damla intim görüntüdən danışdı

Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb. Günlərdir “Whatsapp” qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir.

“Xalq.Az” xəbər verir ki, məsələ ilə bağl müğənni Damla “Qafqazinfo”ya açıqlama verərək videodakı xanımın o olmadığını qeyd edib:

“Mən nə edə bilərəm? Haqqımda yalan məlumatlar yayılıb. Bir, iki deyil, bu boyda telefonlardan, insanların əlindən həmin görüntüləri necə yığışdıra bilərəm? Mən deyiləm, burada nə günahım var? Başıma bu oyunu açanı Allaha həvalə edirəm. Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam”.

Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olub.  Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil – Sevinc Səfərova və başqaları sosial şəbəkədə ifaçıya dəstək olublar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.