Damla koronavirusa görə Bakıya dönə bilmir

Müğənni Damla Bakıya gəlməklə bağlı problemlər yaşayır. 

XALQ.AZ xəbər verir ki, müğənni bu barədə instaqram hesabında yazıb. 

Belə ki, Damla Novruz bayramı ilə əlaqədar Moskvaya gedib, lakin koronavirusla bağlı geri dönə bilmir: “Dostlar, Moskvadan Bakıya dönüş problemi yaşayırıq. Novruz tədbirlərimizdən sonra geriyə necə qayıdacağıq? Dua edək, hər şey tezliklə yoluna düşsün və sağ salamat vətənə dönək”.

Qeyd edək ki, Damla 20 martda Moskvada konsert proqramı ilə çıxış edəcək.