Daşkəsən kəndləri pis vəziyyətdə

 

9

 

 

Rayon əhli qazsız, susuz, yolsuz və işıqsız qalıblar

 

 Daşkəsən rayonunun sakinləri nə edəcəklərini bilmirlər. Üzləşdikləri vəziyyətlə bağlı yerli İcra Hakimiyyətinə etdikləri şikayətlərə isə nə məhəl qoyan var, nə də onların dərdi ilə maraqlanan. Redaksiyaya müraciət edən bir qrup rayon sakini isə mövcud vəziyyətdən bezdiklərini dilə gətirirlər.  Camaat deyir ki, yaşadıqları rayonda sosial problemlər əndazəsini çoxdan aşıb. İndiyə qədər hər şeyin düzələcəyi ümidi ilə yaşasalar da, artıq buna inamları belə qalmayıb. Səbəb isə sadədir: Rayonun icra başçısı Əhəd Abıyev  başı özünə qarışıb və bu səbəbdən də camaatın hansı vəziyyətdə yaşadığı vecinə də deyil.

Xalq.az-a danışan rayon sakinləri qeyd edirlər ki, faktiki olaraq nə kəndlərə getmək üçün düz əməlli yolları var, nə qaz, nə işıq, nə də su təminatları qaydasındadır. Bayan,Çovdar,Qaraqullar,Qabaqtəpə isə durum daha dözülməzdir. Onların bildirdiyinə görə, bu kəndlərə gedib çıxmaq özü bir zülm işdir. Üstəlik, vəziyyətlə bağlı dəfələrlə Əhəd Abıyev  qəbuluna düşmək istəsələr də, bir nəticə hasil olmayıb.

 Əksinə, hər dəfə üz tutduqları Daşkəsən  İcra Hakimiyyətində onlara deyiblər ki, icra başçısı buralarda yoxdur və gələndə onlara xəbər ediləcək. Amma 3 aydır nə icra başçısı gəlib çıxır, nə də onların dərdinə əlac edən var. «Kəndlərin sosial problemlərini həll etmək üçün dövlət proqramı var. Lakin Əhəd Abıyev   təşəbbüskarlıq göstərməməsi bizim acınacaqlı vəziyyətdə yaşamamıza səbəb olub.

 İcra başçısının bu hərəkətləri camaat tərəfindən təqdir olunmur. Əksinə, üzləşdikləri dəhşətli vəziyyətlə bağlı Bakıya gedərək, sözlərini Prezident Administrasiyasına demək istəyirlər. Qışın indiki vaxtında evlərdə qazın və işığın olmamasının necə dəhşətli bir şey olduğunu deməyə dəyməz. Di gəl, kimsə bununla maraqlanmır. Rayonu başlı başına buraxıblar. Nə şikayətə baxan var, nə də dərdimizə əlac qılan».

 

 

Qarşı tərəfinədn mövqeyini dərc etməyə hazırıq

span style=”mso-spacerun: yes;”