David Trezeqe Bakıda keçirilən final oyunundan danışdı

“Bakı Olimpiya Stadionunun özünü gözəl və tutumlu hesab edirəm”.
XALQ.AZ-ın məlumatına görə, bunu Fransa millisinin sabiq futbolçusu David Trezeqe deyib.
Tanınmış futbol veteranı Avropa Liqasının mayın 29-da Bakıda keçirilən final oyunu barədə fikirlərini açıqlayıb. Ayrı-ayrı şəhərlərin AVRO-2020-yə hazırlığında danışan D.Trezeqe “Çelsi” – “Arsenal” görüşünün qitə çempionatına hazırlıq baxımından Bakının xeyrinə olduğunu bildirib: “Bu, Bakının belə tədbir keçirməkdə ilk təcrübəsi idi. Həmişə olduğu kimi başlanğıc nadir hallarda kimdəsə ideal alınır. Əlbəttə, Azərbaycan Avropa hissəsindən kənarda yerləşir. Amma belə təcrübə ölkənin paytaxtına AVRO-2020 üçün bütün mənalarda daha yaxşı olmağa çox kömək edəcək”.
Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Yeganə