Davosda müzakirələr iqtisadiyyatımızın daha da inkişafına xidmət edir

“Davos İqtisadi Forumu dünyada aktual mövzuların müzakirəsi baxımından çox mühüm bir platformadır”.

Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

XALQ.AZ-ın məlmatına görə Eldəniz Səlimov bildirib ki, ənənəvi olaraq hər il Forumda dünya liderləri bir araya gələrək beynəlxalq aləmdə baş verən prosesləri müzakirə edirlər. Onun sözlərinə görə, bu platforma çərçivəsində iqtisadi məsələlər xüsusi yer tutur.

«Hər il Azərbaycan bu Forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Prezident İlham Əliyev 48-ci Dünya İqtisadi Forumunda da Azərbaycanın iqtisadi inkişafı, eləcə də demokratik proseslər haqqında geniş məlumat verdi. Dövlət başçısının müxtəlif xarici şirkətlərin rəhbərləri ilə görüşü və qarşılıqlı əməkdaşlığa dair aparılan müzakirələr iqtisadiyyatımızın daha da inkişafına xidmət edir. Forumda iqtisadiyyatla yanaşı, siyasi məsələlər də müzakirə edilir. Dövlətimizin başçısı ümumi iclaslarda, təktəbək görüşlərdə və eləcə də dəyirmi masalarda Azərbaycanın siyasi durumu, iqtisadiyyatı, inkişafı, xarici siyasət prioritetlərini diqqətə çatdırır. Bütün bunlar Azərbaycanın Davos İqtisadi Forumu çərçivəsində dünyaya təqdimatının bir nümunəsidir»-deyə, deputat qeyd edib.