Dayanacağa ildırım düşdü: ölənlər var

Ukraynanın İvano-Frankovski vilayətində 3 nəfəri ildırım vurub.
Bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.
“Hadisə Roqatinski rayonunda baş verib. Beş nəfərin dayandığı avtobus dayanacağına ildırım düşüb və nəticədə hadisə yerində olanlardan üç nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”,- deyə mətbuat xidmətinin məlumatında bildirilir.
XALQ.AZ

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.