Depozit hərracının nəticələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
XALQ.AZ xəbər verir ki, AMB-dən verilən məlumata görə, aprelin 29-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 449 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib.
Orxan

Comments are closed.