Deputat: “Əminəm ki, prokurorluq orqanlarında aparılan islahatların yeni mərhələsi başlayacaq”

Milli Məclisin deputatı Kamal Cəfərov Baş Prokuror Kamran Əliyev haqqında facebbok səhifəsində təberik edib.

XALQ.AZ bildiri ki, deputat qeyd edib ki, Hörmətli Kamran müəllimi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirəm. Kamran müəllimlə birgə 6 ilə yaxın beynəlxalq təşkilatlarda ölkəmizi təmsil etmişik.

Beynəlxalq təşkilatların, o cümlədən QREKO, OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin, BMT-nin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizə verilən tövsiyələrin icrası, milli anti-korrupsiya qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyətinin təmin edilməsində Kamran müəllimin böyük rolu olmuşdur. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və bu quruma həmişə yüksək ictimai etimad olmuşdur.

Qeyd edim ki, Kamran müəllim Azərbaycan tarixində ilk şəxsdir ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

Əminəm ki, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların yeni mərhələsi başlayacaqdır.