Deputat əsgərlərlə görüşdü-Fotolar

Milli Məclisin deputatı Jalə Əhmədova Salyanda müalicə olunan əsgərlərimizi ziyarət edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Jalə Əhmədova Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunan yaralı əsgərlərimizə baş çəkib. Əsgərlərə tezliklə sağalmağı arzulayan deputat ölkənin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.

Görüşdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovda iştirak edib.

Müalicəsi hələ də davam edən əsgərlərimiz onların sağlamlığı üçün hər şəraitin yaradıldığını bildiriblər.

XALQ.AZ