Deputat nazirlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Malta, Laos və Kambocanın qadın nazirləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsi olub.

Q.Paşayeva Maltanın Bərabərlik və Avropa Məsələləri üzrə naziri Helene Dalli, Kambocanın Qadın məsələləri üzrə dövlət katibi Chan Sorey, Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüş zamanı onlara Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili Azərbaycanla sözügedən ölkələr arasında fəal qadınların əməkdaşlığının genişlənməsinin önəmindən də söz açıb.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və gənc fəal Röyalə Şirinova da iştirak edib.

 

Orxan