Deputat 97 yaşlı veteranı təbrik etdi

Nə az, nə çox, düz 75 ildir ki, 9 May gününü qeyd etməyimizin səbəbkarları- savaşın dəhşətini, qələbənin sevincini hamıdan yaxşı xatırlayan QƏHRƏMANLARIMIZ…
Onlardan biri də Bərdə şəhər sakini 97 yaşlı Mirzə Məmmədovdur. XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputat Fatma Yıldırım şəxsi facebook səhifəsində qeyd edib ki, bu gün Böyük Vətən müharibəsinin sınaqlarından şərəflə çıxmış Mirzə dayı ilə telefon söhbətimizdə bir daha əmin oldum ki, bu torpaq necə böyük igidlər yetişdirib. 19 yaşında müharibəyə qatılmış Mirzə dayı Rusiya, Polşa, Rumıniya, Almaniya və Ukraynada gedən döyüşlərdə iştirak edib. O, keçdiyi döyüşlərə və cəsarətinə görə bir neçə medal və ordenə layiq görülüb. Deyir, Ali Baş Komandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin başçılığı ilə işğal edilmiş torpaqlarımızın azad ediləcəyi gün də uzaqda deyil. Yeri gəlsə, döyüşə də hazır olduğunu deyən Mirzə dayının 6 övladı, 15 nəvəsi, 12 nəticəsi var. Çox istərdim ki, bu Qələbə gününü onunla paylaşım. Məlum səbəbdən, xüsusi karantin rejimi ilə əlaqədar yanında ola bilmədim, amma nümayəndəmiz vasitəsilə evinə ziyarət edildi, xoş təbriklərimiz, diləklərimiz ünvanına çatdırıldı. Mirzə dayının timsalında bütün dəyərli veteranlarımıza uzun ömür, möhkəm can sağlığı arzu edirəm!

На изображении может находиться: 1 человек, сидит
На изображении может находиться: 2 человека, спальня и в помещении

На изображении может находиться: 1 человек


На изображении может находиться: 4 человека

XALQ.AZ