Deputat Ağdamın işğalından yazdı

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il keçir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur, düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Ağdamın işğalı güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgənin itirilməsi oldu.

Ağdamlılar doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Allah Azərbaycanımızı, ordumuzu qorusun. Vətənimiz, torpağlarımız uğrunda şəhid olanlara Allah rəhmət eləsin.

İltizam Yusifov

Milli Məclisin deputatı