Deputat Allahverdiyeva 20 milyona ev aldı-Fotolar
Ukraynada “Xalqın Xidmətçisi” partiyasının üzvü, deputat İrina əvvəlki soyadı (Allahverdiyeva) Kormışkina 20 milyon qriven məbləğində vəsaiti mənimsəmədə ittiham olunur.
XALQ.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupisya Bürosunun məlumatında deyilir.
Müəyyən edilib ki, deputat 2021-2022-ci illərdə onun rəsmi gəlirlərini və əmanətlərini üstələyən 20 milyon qrivendən çox aktivlərə sahib olub.
Bildirilir ki, deputat qanunsuz əldə etdiyi gəlirlə Odessa yaxınlığında ev alıb və hazırda orada yaşayır.Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, deputat İrina (Allahverdiyeva) Kormışkina Ukraynda yaşayan azərbaycanlı iş adamı Yaşar Allahverdiyevanın həyat yoldaşı olub. Onların nigahdan bir övladlar var Kərim Allahverdiv.
Yaşar Allahverdiyev Ukraynanın və Rusiyanın əməkdar mühəndisi “Mostobud” şirkətinin rəhbəri Novruz Allahverdiyevin oğludur.
Qeyd edirik ki, deputat azərbaycanlı iş adamı Yaşar Allahverdiyevdən boşanaraq 2023-cü ildə deputat Yuriy Kormışkinlə ailə həyatı qururaq Kormışkin soyadını götürüb.