Deputat: “Azərbaycanı hissə hissə tikdi və müasir, stabil, hərtərəfli inkişaf etmiş güclü dövlətə çevirdi”

Millət vəkili Nəsib Məhəməliyev Milli Qurtuluş Günü ilə bağlı öz facebook hesabında status paylaşıb.

XALQ.AZ  xəbər verir ki, 15 iyunun əhəmiyyətindən danışan deputat qeyd edib ki, Ümumilli Lider hakimiyyətə gəlməsəydi, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsiylə üz-üzə qalacaqdı.

Həmin statusu təqdim edirik:

15-iyun Milli Qurtuluş bayramı, müasir Azərbaycan dövlətçilik tarixinin ən önəmli, şərəfli səhifələrindən biri, stabilliyin, inkişafın əsasının qoyulduğu gün münasibətilə xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Möhkəm can sağlığı, əmin amanlıq arzulayıram. Həmin gün ümummilli Lider Heydər Əliyev, yaranmış mövcud vəziyyətə görə, torpaqlarını itirmiş, dünyanın siyasi xəritəsindən silinmək və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, cənubdan, şimaldan, qərbdən separatçılıqla üzləşmiş dövləti qurmaq üçün xalqın təkidli tələbləri ilə, Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi. Bütün çətinliklərə baxmayaraq, Memarı və qurucusu olduğu Azərbaycan adında dövləti hissə hissə tikdi və müasir, stabil, hərtərəfli inkişaf etmiş güclü dövlətə çevirdi. Ona görə də, qədir bilən xalqımız hər il 15 iyun milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir.

Bayramınız mübarək!