Deputat bəzi gənclərə “məşhurluğun” yollarını göstərdi

Biri məşhurluq qazanmaq üçün böyük şair Xəlil Rza Ulutürkü təhqir edir, o biri məşhurluq üçün “Quran” kitabını cırıb meymuna çevrilməyini gözləyir.

XALQ.AZ  xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Deputat qeyd edib ki, əslində tanınmağın isə tamam başqa, çox sadə  yolları var:

“Məşhur Azərbaycan yazıçısı və dövlət xadimi Tağı Şahbazi Simurq 34 yaşında Azərbaycan Dövlət Universitetinin rektoru təyin edilir, cəmi bir ildən sonra isə ADU-da Azərbaycan dilində tədrisə nail olur. Mübariz İbrahimov adlı 22 yaşlı Azərbaycan əsgəri cəbhə xəttində Ermənistan ordusunun mövqelərinə keçərək 5 saat onlarla təkbətək döyüşür.

Ya da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 20 yaşlı tələbəsi ( ona dərs demişəm) Əmrah Cəfərov  isə artıq üçüncü kursda 8 dil bilirdi.

Necə dəfə onu dərsi bildiyi bütün dillərdə danışmağa məcbur etmişdim. Bu üç nəfər nə məşhur olmaq istəyiblər, nə də diqqəti özlərinə cəlb etmək. Onlar, sadəcə,  ürəklərinin səsinə qulaq asıb, xalqın dəyərini ucaltmağa çalışıblar. Həyatda isə kim istəyirsə, məşhur olur, kim isə özü də gözləmədən xalqın dəyərli oğlu”

RƏSUL