Deputat: “Biz saxta, qeyri-səmimi sülh çağırışları edənlərə artıq inanmırıq”

Bu gün Azərbaycan güclü bir ölkə kimi, dünyada öz inkişafı və nüfuzu ilə tanınır. Sülhsevər Azərbaycan dövləti, hər zaman humanizmi və ədaləti ilə seçilib. XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, bu illər ərzində heç bir Beynəlxalq hüquq normalarını pozmadan işğalçı ermənilərə cavab olaraq, sadəcə bəyanatlar yaymaqla etiraz bildirdik və bu bəyanatların heç bir nəticəsi olmadı. Lakin hər bir hərəkətin həddi var. Virus ölkə Ermənistanın, həyasızcasına apardığı işğalçı fikirlərinə, hərəkətlərinə birdəfəlik nöqtə qoymaq, kəskin mövqe bildirmək lazımdır! Ermənistan hakimiyyəti bütün beynəlxalq normaları pozaraq, münaqişənin sülh yolu ilə həllinə də zərbə vurmaqdadır. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində, onsuzda utanmadan bir çox tədbirlər keçirən işğalçı ermənistan hakimiyyəti, dünya rəssamlarını, sənətkarlarını da orada keçirdiyi plenerlə, festivallara “pul” müqabilində dəvət edir, gələn qonaqlara bizim torpağımız üzərində, bizdən oğurladıqları qədim xalçalarımız üzərində, azərbaycan musiqisi və rəqslırini nümayış etdirərək, milli mətbəximizin teamlarındanda daddıraraq özünü tanıdmaqla məşğuldur. Martın 31-də “Azərbaycanlıların Soyqırımı günü” ndə təsadüf ya qərəz? Keçirilmiş qanunsuz seçkiləri heç bir dövlət və beynəlxalq təşkilat tanımadığı halda Şuşada inaqurasiya şousunun keçirilməsi ancaq və ancaq təxribat xarakteri daşıyır. Biz sadəcə deyirik, yazırıq, lakin Paşinyanın faşist idealogiyalı hakimiyyəti dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyini heçə sayaraq öz işini görməkdədir. Bu işğalçı, virus tipli ölkənin və onun rəhbərliyinin çirkin əməlləri hökmən durdurulmalıdır. Dünya birliyi, o cümlədən, işğalçı Ermənistan bilməlidir ki, münaqişə hələ bitməyib və Azərbaycan xalqı Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin əmrini gözləyir. Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, çox qısa müddət ərzində torpaqlarımızı işğalçılardan təmizləyərək, qaytarmağa qadirdir. Biz saxta, qeyri-səmimi sülh çağırışları edənlərə artıq inanmırıq! Çünki heç bir nəticəsi yoxdur! Biz! Ali Baş Komandanımızın əmrini gözləyirik!