Deputat: “Bu çətin dövrdə vətəndaşlarımız biri birinə diqqət etməli və içtimai nəzərət, qınaq olmalıdır”


Ölkə Rəhbərinin təşəbbüsü ilə Qoşulmama hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib və Zirvə görüşün mövzusu dünya üçün aktual koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuşdur. Azərbaycan koronavirusa qarşı mübarizədə və bununla yanaşı digər ölkələrə göstərdiyi dəstəyi ilə də dünyada nümunə olmuşdur . XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Azərbaycan COVİD-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar vəsait köçürmüşdür. Bu gün Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir. Bunu vətəndaşlarımızın Ölkə Rəhbərinə ünvanladıqları minnətdarlıq məktublarından görmək olar. Bu günkü dövrdə Vətənimizin “viruslara” qarşı mübarizəsinə qoşulmalı, hər birimizin üzərinə düşən məsuliyyəti və İctimai nəzarəti də unutmamalıyıq! Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunmuşdur. Lakin əhalini daha ehtiyatlı davranmağa çağırır, ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam etdiyi eşün qətiyyən arxayınlaşma olmamalıdır. Mövcud vəziyyəti vətəndaşlarımız, seçicilərimiz anlamalı, daha diqqətli olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət etməlidirlər. Sosial davranış qaydalarına əməl etməklə və sosial məsafəni qorumaqla, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməklə, yalnız zəruri hallarda evdən çıxmaqla biz bu çətinliyə sinə gələ bilərik. İctimai yerlərdə, nəqliyyatıarda və digər sıxlıq müşahidə olunan yerlərdən uzaqlaşmalıyıq. Ümumiyyətlə bu çətin dövrdə vətəndaşlarımız biri birinə diqqət etməli və içtimai nəzərət, qınaq olmalıdır. Ailələrimizi qoruya bilmək üçün, dövlət tərəfindən həyata keçirilən zəruri və mühüm olan tədbirlərə yaxından dəstək olmalıyıq! Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müşahidələrimiz əsasında deyə bilərik ki, Dövlətimiz tərəfindən verilən hər bir tapşırığa yüksək səviyyədə riayyət olunur. İnsanlar sosial məsafəni qoruyaraq, gündəlik işlərini yerinə yetirə bilirlər.