Deputat çağırış etdi

Bu gün dünyanın hər yerində olduğu kimi ölkəmizdədə Covid19 virusu ilə mübarizə tədbirləri həyata keçirilir. Dünyanın həm iqtisadi baxımından və tibb sahəsində nümünə kimi göstərilmiş ölkələrində bu virusa qarşı çox aciz vəziyyətdə qalmağının şahidi olmuşuq. XALQ.AZ-a Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, o ölkələrdə xəstəxanalarda belə yer qalmadığını və hətta seçimlər edilirdi ki, hansı xəstə yatırılsın və hasnı evdə müalicə olunsun. Bu hadisələri biz mətbuatdan və televiziyalardan görürdük. Təbii ki, bu ölkələrdə insanlar qoyulan tələblərə riayət etmədilər və çox ciddi fəsadlarla qarşılaşdılar. Azərbaycanda çox ciddi tədbirlər həyata keçirildi,Prezident İlham Əliyev ilk öncə insanların sağlamlığı hər şeydən üstün tutaraq lazımi tapşırıqlar verdi. Dövlət tərəfindən lazımi addımlar atıldı və zəngin sosial paket təqdim olundu. Ölkədə 600 min insana 190 manat iki aylıq birdəfəlik ödəniş edilməsi, 8 şəhər və rayonlarda əvvəlcədən alınan 190 manatın təkrar verilməsi və 90 min ödənişli yeni iş yerinin yaradılması, 700 minə yaxın özəl sektorda çalışanların insanların əməkhaqlarının əhəmiyətli dərəcəsinin ödənilməsi, 900 min dövlət sektorunda çalışan insanların əməkhaqlarını ödənilməsi, pensiya və sosial yardım alanların zamanında ödənişlərin olunması, 300 min sahibkara dövlət tərəfindən yardım edilməsi,12 min ailənin özünəməşqulluq proqramına cəlb olunması uğurlu sosial paketin göstəricisidir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tək milli ruhda deyil həmçinin regional və qlobal baxışları ilə 30 ölkəyə yardım edilməsi 10 mln dollar ÜST ianə olunması Azərbaycanın qüdrətli və güclü dövlət olduğunun sübütudur. Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən vacib olduğunun göstəricisi kimi bu addımlar atıldı. Amma son karantin rejiminin yumşaldılması bəzi insanlarda arxayınlıq,yaradaraq və laqeyd yanaşması ilə qoyulan tələblərə riayət etmədilər və nəticədə bu gün ölkəmizdə virus artım tempi yüksəlir. Bu insanlar anlamalıdırlar ki, onların məsuliyyətsiz davarnışları xalqımıza qarşı cinayətlə bərabər hərəkətlərdir. Uzun zamandır həkimlərimiz doğmalarından kənar, hətta övladlarını belə görməyərək öz vəzifələrini layiqincə yerinə yetirilər və bu davranışlar görülən işlərə xələl gətirir. Bütün vətəndaşlarımız qoyulan qaydalar riayət edirlər və onlar tələbələrə uygün davranırlar lakin bəzi məsuliyyətsizlərə görə onlarda əziyyət çəkirlər, həkimlərimizin işlərini ağırlaşdırırlar,dövlətimizə qarşı olunan bu davranışlar təsirsiz ötüşmür. Mən birmənalı olaraq bildiriəm ki, mövcüd vəziyyətlə əlaqədar qanunvericilikdə dəyişiklik edilməlidir və cəzalar daha da sərtləşməlidir. Qoyulan qaydalara riayət etməyənlərə ciddi nəzarət olmalıdır və sərt tədbirlər tətbiq olunmalıdır. Mövcüd cərimələr artırılmalıdır, cəzalar sərtləşməlidir. Xalqımızın dövlətlə həmrəyliyinə mane olanlar sərt cəzalanmalıdır. İnanıram ki, biz bu virusa qarşı qalib gələcəyik.