Deputat çağırış etdi

faa


Sizə həm ana, həm bacı olaraq səslənmək istəyirəm.

Milli Məclisin deputatı Fatma Yıldırım XALQ.AZ-a bildirib ki, ordumuz sərhəddə vətənimizi qorumaq üçün qəhramancasına döyüşdüyü bir vaxtda, xalqımız Ali Baş Komandana və orduya dəstəyini göstərmək üçün bir yumruq oldu. Xalqımızın torpaqlarımızın azadlığı uğrunda birliyi və Ali Baş Komandan cənab İlham Əliyevə olan inamını bir daha nümayiş etdirməyi məni çox qürurlandırdı! Lakin şəhid vətən övladlarının hələ torpağa tapşırılmadığı müddətdə bir qrup təxribatçının adı belə möhtəşəm səslənən ordumuza dəstək yürüşünə ləkə salmağa cəhd etmələri və Millətin Məclisinə hücüm cəhdini şiddətlə qınayıram! Bu xain təxribatçılar xalq qarşısında mütləq cavab verəcəkdir! Sizləri bu kimi hiyləgər insanlara uymamağa çağırıram, indiki vəziyyətdə hərə bir nəfər kimi dövlətinin yanında olmalı və Ali Baş Komandanın əmrini gözləməlidir!