Deputat: “Düşmənlə ideoloji mübarizədə üstünlük əldə olunmalıdır”

Ermənistanın hazırda mövcud olduğu torpaqlar azərbaycanlıların tarixi vətənidir. Bunu sənədlər, xarici arxivlərdə saxlanılan tarixi mənbələr, xəritələr də təsdiqləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzəli torpaqlarımızın, o cümlədən qədim İrəvan şəhərimizin ötən əsrin əvvəlində ermənilərə verilməsi barədə bəyanatlarından sonra mövzu həm ölkəmizin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olub.

Bu gün Qarabağı işğal, Naxçıvana isə iddia edən ermənilərin yaşadığı respublika əslində, tarixin müxtəlif mərhələlərində babalarımızın yaratdıqları dövlətlərin bərqərar olduğu ərazi üzərində qurulub.

Sovet İttifaqı zamanı, obyektiv gerçəklik, hakim ideologiyanın təsiri və təzyiqi səbəbindən arxivlər qapalı qalıb.

Mövzuya isə tabu qoyulub. Məqsəd təbii ki, tarixi vətən torpaqlarımızın bizə məxsusluğunu xalqımızın yaddaşından silməyə cəhd idi.

Qədim, o cümlədən Rusiya İmperiyasının hərb və elm adamlarının tərtib etdiyi xəritələrdə hazırki Ermənistan ərazisindəki yaşayış məskənlərinin adları, toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

Onların hazırlanmasında nə azərbaycanlılar, nə də ermənilər iştirak edib. Xəritələr çar Rusiyası tərəfindən tərtib olunub.

Bu, növbəti tarixi sübutdur ki, Qərbi Azərbaycan torpaqlarının bizə məxsusluğunu isbat edir.

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və partiya Sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə keçirilən “İrəvan – tarixi Azərbaycan torpağı” mövzüsundakı videokonfransın mövzusu Qərbi Azərbaycan torpaqları, azərbaycanlılara məxsus vətənin bir parçası, qədim İrəvan şəhərimiz oldu.

Elm adamları və siyasətçilərimizin, Milli Məclisin deputatlarının gəldikləri ümumi qənaət budur ki, tarixi torpaqlarımız barədə həqiqətlərin gənc nəslin yaddaşına hopması üçün, habelə düşmənlə ideoloji mübarizədə üstünlük əldə etmək məqsədilə tarixi sənədləri dərindən araşdırmalı, aşkar olunmuş faktları ictimaiyyətə çatdırmalı, tarixin qaranlıq məqamları üzərindəki pərdənin götürülməsinə çalışmalıyıq.

Bunun üçün dövlətimizin hər cür imkanı, ən əsası isə dəstəyi var. İnformasiya əsrində tarixi gerçəklərin gizlədilməsi və saxtalaşdırılması artıq mümkün olmayacaq!

Elnur Allahverdiyev

Milli məclisin deputatı

На изображении может находиться: 1 человек, офис и в помещении

На изображении может находиться: 17 человек

На изображении может находиться: 1 человек, сидит, экран, офис и в помещении

XALQ.AZ