Deputat fəal gənclərlə video konfrans keçirdi.

Millət vəkili Tamam Cəfərova Şamaxı rayonun fəal gəncləri ilə “Beynəlxalq gənclər günü” münasibətilə video konfransı keçirib.XALQ.AZ məlumat verir ki, Tamam Cəfərova çıxışının əvvəlində bu gün bir ayı tamam olan Tovuz döyüşlərindəki möhtəşəm qələbəmiz və şəhidərimiz haqqında ətraflı məlumat verdi və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Gənclərimizə, cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi, belə qəhrəmanları örnək almaları tövsiyyə edildi. Qeyd olundu ki, gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar, onlar kimi şücaətli, mərd, qorxmaz olmalıdırlar.

Daha sonra millət vəkili gəncləri “Beynəlxalq gənclər günü” münasibətilə təbrik etdi və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan , ölkəmizdə aparılan gəncləşmə siyasətindən , gənclərə göstərilən böyük etimaddan danışdı.

Tamam Cəfərova həmçinin, gənclərə ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizə haqqında ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycan dünyada koronavirus pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdəndir. O, qeyd etdi ki, pandemiyanın ilk günlərindən cənab Prezident İlham Əliyevin rəhbərliyilə kompleks, qətiyyətli tədbirlər həyata keçirilməyə başlandı və xəstəliyin yayılmasında bugünki müsbət dinamika da məhz bu siyasətin məntiqi nəticəsidir. Xüsusi vurğulandı ki, cənab Prezidentin tapşırığı ilə insanların sağlamlığının qorunması ilə yanaşı, həm də onların məşğulluğunun və sosial rifahının qorunması istiqamətində də tədbirlər planı həyata keçirildi və bu işlər davam etdirilir.

Pandemiya ilə mübarizədə gənclərimizin də fəaliyyətinə toxunan millət vəkili 2020-ci ilin könüllük ili elan olunması və könüllük hərəkatının əhəmiyyəti haqqında fikirlərini bildirdi.

Konfransda Şamaxı rayonu İctimai Nəzarət Koalisiyasının sədri Nuranə Məmmədova, Şamaxı “Şəffaflıq” media qrupunun təsisçisi və baş redaktoru Vahid İsmayılov, Toğrul Şıxıyev Şamaxı 10 saylı məktəbin müəllimi və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı Filialının tələbələri Bayramova Zahidə, Məmmədova Əsma, Ağayev Daşqın məruzələrlə çıxış etdilər.

Sonda Tamam Cəfərova gənclərin suallarına cavablandırıb və onların təkliflərini dinləmişdi

На изображении может находиться: 5 человек

XALQ.AZ