Deputat güllələndi

98

 

58 yaşlı Sergey Polyakova öz avtomobilində naməlum şəxslər atəş açıblar

Ukraynada dekabrın 4-də Orconikidze Dinepropetrovski şəhər sovetinin deputatı öldürülüb. 58 yaşlı Sergey Polyakov kafeyə gedən yolda öz avtomobilində güllələnib.

İstintaqın verdiyi məlumata görə, naməlum şəxs qaranlıqda ona odlu silahdan atəş açıb.
Öldürülən deputat “Front peremen” müxalif partiyasını təmsil edib. Polyakov həm də yerli zavodların birində direktor vəzifəsində çalışıb.

Polis qətlin qarət məqsədilə törədildiyini araşdırır.ANS Press