Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı

“Azərbaycanda “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna 2009-cu ildə Avropa ölkələri daxil olmaqla, 20-yə yaxın ölkənin ekspertləri rəy verib. Beyin ölümü kriteriyası ilə bağlı müzakirə apararaq standartlar tətbiq oluna bilər. Düşünürəm ki, bunun üçün yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur, mexanizmi başlatmaq və tətbiq etmək lazımdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov qeyd edib ki, hazırki “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklikləri yenidən müzakirə etmək olar.

Deputat həmçinin ürək-damar xəstəlikləri ilə bağlı narahatlığını ifadə edib: “Bu xəstəliklərlə ölüm halı birinci yerdədir. İcbari tibbi sığortanın fəaliyyətə başlaması ilə bu sahədə ciddi nailiyyətlər əldə edə bilərik”.

R.Mahmudov qeyd edib ki, dövlət hər hansı sahənin inkişafı üçün o sahəni vergidən azad edir: “Bu mexanizm səhiyyə sahəsinə qətiyyən tətbiq edilmir.

Tibb müəssisələrində xidmət alan şəxslərin ödədiyi vəsaitdən əlavə dəyər vergisi tutulur. Bu da vətəndaşa təsir edir. Ona görə təklif edirəm ki, bu vergi 8 faizə endirilməlidir”.

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.