Deputat hökümətə avropa modelindən istifadə etməyə təklif etdi

Rufet Quliyev

Son vaxtlar bir neçə dövlət qurumlarına müraciət etdim və o müraciət əsasında məlum oldu ki, o qurumlarda da müəyyən gözə görünən böyük dəyişikliklər oldu. Mən tək deyildim mənim çağrışıma onlarla deputat qoşulmuşdu. Mən tənqid etmək fikrində deyiləm. Məntiqlə sual verirəm və sualıma cavab istəyirəm. Həmin sualların cavabların analiz edirəm və bir qənaətə gəlib çıxıram ki, nə qədəri həqiqətdir və nə qədəri həqiqət deyil.
Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat açıqlamasında büdcədən artıq xərclənən vəsaitlərə toxunub və geniş şərh verib. O bildirb ki, bəzi məsələlər varki, narahatçılıq doğurur və suallar yaradır:
“Bu günlər biz büdcədən 100 min və daha çox (300-500 min) artıq çıxanda onun hara xərcləndiyini bilinməyəndə bizdə narahatçılıq yaranır. Biz bunları komitə iclaslarında, plenar iclaslarda bu məsələləri müzakirəyə qaldırırıq. Mən tənqiddən daha çox narahatçılığımı bildirirəm. Bu da “Azəristiliktəchizat” ASC-ə aiddir. Mən narahatçılqla bərabər öz təkliflərimi verirəm. Hazırda “Azəristiliktəchizat” ASC səhv etmirəmsə 180 min abonenti var. Son 2 ildə müəyyən müsbət addımlar hiss olunur. Bu belə də olmalıdır. Çünki Azərbaycanda son 2-3 ildə böyük islahatlar gedib. Təbii ki bunlarada bu islahatlar təsir edib. Sualım əsas ondan ibarətdir ki, hər il 35-45 milyon manat “Azəristiliktəchizat” ASC dövlət büdcəsindən pul ayrılır. Buna baxmayaraq qurum “Azəriqaz”a borclu qalır. Olmazmı ki, hər il bu qədər pul ayrılmağın əvəzinə bir dəfəlik pul hesabına sayğaclar alınsın. (Çox uzağa getmək lazım deyil, səhv etmirəmsə Gəncədə sayğac zavodu var). Təxmini hesablamama görə bir sayğacın qiyməti 50 AZN-dən çox olmayacaq. 180 min abonentə 50 AZN-dən sayğac alınsa 9 milyon manat edir. Deməli hər il 35-45 milyon manatın əvəzinə birdəfəik 9 milyon yox 15 milyon xərclənsin, sayğaclar sifariş olunsun və quraşdırılsın. Burda insanlara seçim verilir: İstəyirsən qurumun xidmətlərindən istifadə et ya da kombi sistemindən istifadə et. Seçim vətəndaşındır,hər halda 180 min abonent var. Mən belə başa düşürəm ki, əgər sayğac qoyulsa və ondan istifadə edilsə və abonentlərdən sərfiyyata görə pul götürülsə, abonentlərin sayı artacaq.
Deputat bildirb ki, burda mövsüm söhbəti var. Qurum noyabrın 15-də başlayır evlərə,məktəblərə,xəstəxanalara istilik verməyə. Ancaq elə olur ki, sentyabr və oktyabr aylarıda havalar soyuq keçir. Bu da vətəndaşların haqlı narazılığı yaranır.
“Belə olan halda insanlar nə etməlidir,insanlar məcbur olurlar ki, qaz sobası və digər istilik sistemləri quraşdırıb evlərinə. Sayğac qoyularsa istənilən vaxt açıb istifadə etmək olar. Abonent istəsə lap sentiyabrın 1-dən istifadə edə bilər və sayğacının pulun ödəyə bilər. Qazanxanalarda təbii ki, noyabrın 15-dən yox daha tez işləməyə başlamalıdırlar. Özləri hava şəraitinə uyğun hesablamalar aparıb işləməlidirlər. Yəni sayğaclar qoyulsa seçim olacaq. Mən inanıramki, abonentlərin sayının artmağı hesabına xərclənən vəsaiti rahat yığacaqlar və dövlət büdcəsindən əlavə pul datasiya formasında getməyəcək”
Rüfət Quliyev bu məsələdə Avropa təcrübəsinə də nəzər salmağı vurğulayıb. “Bunun ikinci yolu nədir? Bu yolla artıq Avropa ölkələri gedib. İsveçrə, Fillandiya, Almaniya, Fransa, İtalya və s. Bu ölkələr də “Azəristiliktəchizat” ASC kimi və buna oxşar qurumları icarəyə götürürlər, tender keçirilir kommersiya şirkətlərinə şərtlər qoyulur. Şərt budan ibarətdir ki, qiyməti şirkət hesablamalı və qoyulan rəqəmdən artıq olmamalıdır. İşçilərin sayı azaldıla bilməz. Bunlar qanuni formada işləyəcək və maaşlarını vaxtı- vaxtında alacaq və dövlətə vergi ödəniləcək. Bütün bunlar danışılır. 25-ildən 50-ilədək müqavilə bağlanılır və kommersiyya şirkətlərinin birinə verilir”.
Deputat bu barədə komitə iclasında çıxış edəndə bu məsələ ilə bağlı hansı addımlar atılıb, hansı yeniliklər fikirləşilib təklif olunubsa, bunların hamısın hesablamaq lazım olduğun bildirib.
“Pandemiya dönəmində büdcənin hər bir 100 min manatı qızıla bərabər puldur. Biz niyə korkoranə pulu ayıraq verək və adında qoyaq ki, bu sosial yönümlü məsələdir.Bütün inkişaf etmiş ölkələrdə bu kimi məsələlərin hesabı aparılır və planı qurulur. Bundan sonra addımlar atılır. Seçicilərimə də müraciət etmişəm ki, bu məsələ ilə əlaqədar nə problemləriniz varsa, deyin baxaq görək hansı formada həll edə bilərik.
Sonda onu qeyd etmək istəyirəm ki, biz deputatların təklifləri, narahatçılıqları, suallar faciə formasında qəbul olunmasın. Möhtərəm cənab Prezident İlham Əliyev Milli Məclisin 6-ci çağrışın 1-ci iclasında dedi ki, elə məsələlər varki, siz deməlisiz, təklif verməlisiz.Belə açıqlamalar olanda, qismən də tənqid olanda bəzi struktur rəhbərlərinin, qurum rəhbərlərinin xoşuna gəlmir və mənfi reaksiya yaranır. Mən xahiş edirəm və müraciət edirəm ki, nə mənfi reaksiya ehtiyac var nə də narahatçılığa ehtiyac var. Biz ancaq çalışırıq ki, büdcədə yığılan pullar düz istiqamətdə xərclənsin. Cənab Prezidentin tapşırığına əsasən insanlara daha çox fayda olsun, insanların rifahi artsın, büdcənin xərcləri azalsın. Və təbiidir ki, bu istər hökümətin, istərsə də Milli Məclisin üzvlərinin borcudur. Cənab Prezident şərait yaradır, yol göstərir, məsləhət verir. Biz də çalışırıq ki, belə bir vaxtda daha çox birləşək və bir yerdə bu problemləri həll edək deyə deputat bildirib.