Deputat və icra başçısı vətəndaşlarla görüşdü-Fotolar

Milli Məclisin deputatı Nigar Arpadarai və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov vətəndaşlarla görüşüb.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai seçicilərlə növbəti görüşü Badamdar 1-ci massivində olub. Deputat bildirib ki,məqsədimiz həm görülmüş infrastruktur işləri ilə tanış olmaq, həm də vətəndaşların müraciəti əsasında tikintiyə ehtiyacı olan ərazilərə baxmaq idi. Çox iş görülüb. Köhnə yarmarkanın yerində yeni, rahat bazar və avtodayanacaq binası tikilib. Həyətlərdə təmir, yaşıllaşdırma işləri aparılıb, uşaq meydançaları qoyulub. C.Hasilov, R.İsgəndərov, S.Məmmədov ünvanlarında uşaqlar üçün quraşdırılmış idman və əyləncə meydançaları 460 ailəyə xidmət edir.Şəhərimiz böyüyür, dəyişir, müasirləşir. Şəhərin sakinlərinin yanaşması da dəyişir. Sakinlər yenilənmiş həyət, səliqə-səhman görəndə onun eynilə rahat və səliqəli qalması üçün narahat olurlar. Həyətlərdən birində bir neçə nəfər ağsaqqalın həyətdə salınmış ağacların vaxtında sulanması ilə bağlı müraciəti etdiyinin şahidi oldum. Şəhərimizin inkişafında yeni standartlara keçməyimiz və bu standartları qorumağımız önəmlidir. Böyük və ya kiçik, zəngin və ya kasıb, mərkəz və ya ucqar olmasından asılı olmayaraq böyük məhəllələrdə ticarət üçün, ailələr üçün, uşaqlar üçün şərait yaradılmalması qeyd olunub.

XALQ.AZ