Deputat icra başçısının iştirakı ilə seçicilərlə görüşdü

Milli Məlisin deputatı Afət Həsənova seçicilərlə görüşdü.

XALQ.AZ xəbər verir ki, millət vəkili Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yaşayan bir qrup seçicinin, küçənin abadlaşdırılması və kommunal xidmətlərlə bağlı müraciətinin araşdırlması məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, aidiyyəti xidmət sahələrinin rəhbərlərinin və sakinlərin iştirakı ilə yerində görüş keçirib.

Seçiciləri problemləri dinlənilmiş, müvafiq hüquqi izah verilmiş, həlli mümkün məsələlərlə bağlı yerində tədbir görülmüşdür.

Qaldırılan problemlərin operativ həlli məqsədi ilə aidiyyəti üzrə tapşırıqlar verilərək məsələlər nəzarətə götürüldü.

XALQ.AZ