Deputat kənddə sakinləri qəbul etdi

1

            Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayonuna səfərləri davam edir. Dekabr ayının 5-də millət vəkili İsmayıllı rayon mərkəzindəki ofisində i hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Torpaq sahəsi ilə təmin olunmaq məsələsi də bu sıradan olub. Şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciətlər edilib.Həlli zaman tələb edən məsələlərlə bağlı deputat əlaqədar təşkilatlara müvafiq müraciətlərin ediləcəyini bildirib. Bəzi məsələlər yerindəcə həll edilib.Məlumat üçün bildirək ki, dekabr ayının sonunda hər il olduğu kimi Novruz Aslanovun 1-3 illik deputatlıq fəaliyyəti barədə Hesabat jurnalı işıq üzü görəcək və ictimaiyyətə təqdim olunacaq.         

2