Deputat köməkçilərinin maaşı açıqlanıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatının köməkçisinin maaşı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova açıqlama verib.

Şöbə müdiri bildirib ki, deputat köməkçiləri ayda 1 200 manat maaş alırlar.